İlqar Məmmədovun dairəsi ilə bağlı MSK-dan qərar

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədovun dairəsi ilə bağlı MSK-dan qərar

Siyasət

11 Sentyabr 2024 16:53 898


22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən REAL partiyasından namizədliyi qeydə alınmış REAL Partiyasının sədri İlqar Məmmədovun müraciətinə baxılıb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Tofiq Həsənov məlumat verib.

MSK üzvü bildirib ki, o həmin dairənin müxtəlif seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib: “Müraciət araşdırılıb. İlqar Məmmədov seçki günü müşahidəçilərə maneələr yaradıldığını, seçki qutusuna topa bülleten atıldığını, protokolların nüsxəsi istənilsə də, təqdim edilmədiyini, məntəqə sədrlərinin protokolları vermədən getdiyini və s. pozuntuları qeyd edərək dairə üzrə nəticələrin ləğv edilməsini istəyib. pizza hut

Dairə seçki komissiyası qərarını onunla əsaslandırıb ki, qanun pozuntuları təsdiqini tapmayıb. Sənədlər təkrarən araşdırılıb, digər namizədlərdən, müxtəlif namizədləri təmsil edən müşahidəçilərdən izahatlar alınıb. Səsvermə günü seçki dairəsi üzrə 2, 14, 20 saylı seçki məntəqələri istisna olmaqla mübahisələndirilən digər məntəqələrində pozuntular qeydə alınmayıb. Qeyd edilən 2, 14, 20 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvi üçün hüquqi əsas yaranıb”.

MSK üzvü əlavə edib ki, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı 3, seçki dairəsində olan ümumi seçki məntəqələrinin sayı 32-dir. Buna görə də həmin dairə üzrə seçkilərin nəticələrinin ləğvi üçün əsas yaranmayıb.

Təklif səsə qoyularaq qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!