İlqar Məmmədovun istefası qəbul olundu

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədovun istefası qəbul olundu

Siyasət

13 Sentyabr 2024 09:11 459


Sentyabrın 12-də Respublikaçı Alternativ partiyası Siyasi Komitəsinin iclası keçirilib. 

Yenisabah.az xəbər verir ki, iclasda parlament seçkilərinin nəticələrinə dair ilkin müzakirə aparılıb. 

Qərara alınıb ki, seçki prosesi rəsmən başa çatandan sonra onun nəticələrinə və siyasi əhəmiyyətinə digər REAL namizədlərinin iştirakı ilə partiyanın yekun qiyməti verilsin.  pizza sifarişi

Digər qərarla, iclasda İlqar Məmmədovun SK sədri vəzifəsindən istefası haqqında ərizəsi qəbul olunub. 

"Qərara alındı ki, sədrliyin ötürülməsi işləri 30 sentyabr tarixində başa çatsın və yeni seçiləcək sədr oktyabrın 1-dən fəaliyyətə başlasın. Respublikaçı Alternativin qurucu üzvü İlqar Məmmədova uzun illər göstərdiyi fəaliyyətə və liderliyinə görə partiya adından təşəkkür bildirildi. İlqar Məmmədovun Siyasi Komitə üzvü olaraq partiya işinin bundan sonra hansı istiqamətlərinə baxacağı növbəti mərhələdə müəyyən ediləcək", - açıqlamada bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!