İlqar Məmmədovun ittihamlarına reaksiya – “REAL doğrudan başa düşmür ki…”

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədovun ittihamlarına reaksiya – “REAL doğrudan başa düşmür ki…”

Siyasət

04 Aprel 2019 21:54 846


“REAL sədri Milli Şura və Müsavata söz atıb ki, sizə iqtidar mitinq üçün icazə vermir, icazə ala bilmirsinizsə, hakimiyyətə necə gələcəksiniz (mitinqlə inqilab arasında birbaşa bağ qurur), gəlin, yığışın ətrafıma, seçkilərə gedək filan. AXCP sədri də cavab yazıb ki, adi bir stadionda mitinqə icazə verməyən hakimiyyət demokratik seçki keçirməz”.

“Yeni Sabah”ın məlumatına görə, bunu siyasi fəal Bəxtiyar Hacıyev deyib. O  REAL-ın sədri İlqar Məmmədovun müxalifəti ittiham edən çıxışını şərh edib:

“REAL 10 ildir yaranıb, 10 ildə 4 böyük (prezident və parlament) seçki olub, nə qədər namizədinin seçkidə ya iştirakına icazə verilib, ya da MSK icazə verməyib. İndiyə qədər heç bir namizədinin səsini qoruya bilməyib. REAL doğrudan başa düşmür ki, mitinq icazəsi verilib-verilmədiyi kimi, kimin seçkiyə buraxılıb-buraxılmayacağını da iqtidar icazə ilə qərar verir? REAL sədrinin 2013 prezident seçkiləri ilində həbsi elə onun seçkidə iştirakına icazə verilməməsi demək deyildimi? Ya da, onun namizəd olması üçün toplanmış on minlələ imzanın MSK tərəfindən rədd edilməsi, icazə verməmək demək deyilmi? Mitinqlə hakimiyyətə gəlmək olmursa, bir neçə il əvvəl "zoopark" adlandırdığınız parlamentə "qanun layihəsi" təqdim edib, "onlarla (Siyavuş Novruzov, Zeynəb Xanlarova, Asim Mollazadə, Fəzail Ağamalı və.s) bu qanunları müzakirəyə hazırıq" deməklə olurmu?”. pizza mizza

B.Hacıyev qeyd edib ki, bu proseslərdə yalnız AXCP öz xətti ilə irəliləyir:

“Ümumiyyətlə, son vaxtlar, sanki, kimsə kənardan "bunlara baxanda, indikilərə min şükür" adlı serial çəkir, yayır. Bir gün bir hərəkat daxilində qarşıdurma, digər gün partiyalar arası... Amma, kənardan baxan bir müşahidəçi kimi, bu proseslərdən ən təmkinli çıxan və başını aşağı salıb, öz xətti ilə irəliləyən bircə AXCP görünür. Sanki, qalanları bu partiya ilə ana müxalifət olmaq davası aparır, ya da onun momentumunu dayandırmağa çalışır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!