İmamoğlu həbsxanada bu otaqda saxlanılır

saytların hazırlanması

Evə çatdırılma

İmamoğlu həbsxanada bu otaqda saxlanılır

Dünya

25 Mart 2025 09:15 342


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və İBB-yə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilən 51 nəfər Mərmərə Qapalı Cəzaçəkmə Müəssisəsinə aparılıb.

Yenisabah.az xəbər verir ki, bu  barədə Türkiyə KİV məlumat yayıb. 

Məlumata görə, İmamoğlu həbsxanadakı ilk anlarında iki aydır həbsdə olan Zəfər Partiyasının sədri Ümit Özdağla görüşüb. pizza sifarişi

"İBB sədrinin saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsində çoxlu tanış simalar var. Bunlar iş adamı Osman Kavala, vəkil Can Atalay, keçmiş Esenyurt və Beşiktaş bələdiyyə başçıları Ahmet Özer və Rıza Akpolat və menecer Ayşe Barımdır", - deyə KİV qeyd edib.

Digər tərəfdən İmamoğlu həbxsanada kamera tipli otaqda tutulur. Otağın sahəsi 15 kvadratmetrdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!