İmamoğlunun ikinci diplomu da LƏĞV EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

İmamoğlunun ikinci diplomu da LƏĞV EDİLDİ

Dünya

28 İyul 2025 17:44 355


İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun magistr diplomu da etibarsız sayılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı İstanbul Universiteti-Cerrahpaşa Rektorluğu yayıb. Bildirilib ki, universitetdə aparılan araşdırmalar nəticəsində İmamoğlunun magistr təhsilinə qeyri-qanuni yolla qəbul edildiyi müəyyən edilib və bu səbəbdən diplomun ləğv olunmasına qərar verilib.

Qeyd edək ki, daha əvvəl İmamoğlunun bakalavr diplomunun da eyni səbəblərlə ləğv edildiyi açıqlanmışdı. Sonuncu qərar onun təhsil sənədləri ilə bağlı yaranan qalmaqalın daha da dərinləşdiyini göstərir. pizza

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!