İmamverdi İsmayılov Zəngilandan olan ziyalılar və ağsaqqallarla görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İmamverdi İsmayılov Zəngilandan olan ziyalılar və ağsaqqallarla görüşdü - Fotolar

Siyasət

30 Avqust 2024 18:52 583


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılovun Zəngilan rayonundan olan ziyalılar və ağsaqqallarla görüşü keçirilib.

Yenisabah.az Yap.org.az-a istinadən xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxış edərək bildirib ki, ölkəmizin siyasi həyatında aparıcı rola malik Yeni Azərbaycan Partiyası parlament seçkilərinə Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - yeni dövrə yeni Azərbaycanla qatılır. Dördpendirli pizza

Daha sonra deputatlığa namizəd İmamverdi İsmayılov çıxış edərək YAP-ın seçki platforması haqqında seçicilərə məlumat verib. O bildirib ki, bu gün Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adası kimi tanınır: “Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin siyasi təcürbəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə ölkəmiz dinamik inkişaf yolunda irəliləyir”.

Tədbirdə təşviqat qrupunun üzvləri  Xuduş İsgəndərov və Almas Orucova çıxış  edərək seçiciləri yeni dövrün yeni hədəflərinin reallaşması naminə parlament seçkilərində fəal iştirak etməyə, YAP-ın namizədinə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədi İmamverdi İsmayılova  səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!