İmamverdi İsmayılova böyük şok: 11 məntəqə ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

İmamverdi İsmayılova böyük şok: 11 məntəqə ləğv olundu

Siyasət

20 Fevral 2020 22:18 2733


Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə daxil olan müraciət müzakirəyə çıxarılıb. "Yeni Sabah" xəbər verir ki, həmin dairə üzrə namizədlər Nazim Azadoğlu və Faiq Kərimov şikayət verib. MSK üzvü Tofiq Həsənov bildirib ki, müraciətlərdə qeyd olunanlar tam şəkildə öz əksini tapmayıb. MSK-nın iclasında qərara alınıb ki, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 1, 10, 13, 32, 36, 37, 38, 39, 40 və 55, 59 saylı məntəqələrinin nəticələri etibarsız sayılsın. Qeyd edək ki, həmin dairə üzrə lider namizəd İmamverdi İsmayılovdur.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!