Azərbaycan Premyer Liqasının 4-cü turunun “Neftçi” – “Qarabağ” oyunu (1:2) zamanı maraqlı hadisə yaşanıb. Ağdam komandasının fanatları “İmarət” azarkeş qrupu “Neftçi”nin baş məşqçisi Samir Abasovu istefaya səsləyib.
Yenisabah.az xəbər verir ki, “İmarət”in bu addımı birmənalı qarşılanmayıb, həm də anlaşılmayıb. Çünki "Qarabağ"ın azarkeş qrupu əzəli rəqibinin baş məşqçisini vəzifədən getməyə çağırıb.
Matçdan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Samir Abasov “İmarət”in istefa çağırışlarına münasibət bildirib: Dördpendirli pizza
"Onlara meydanda verdiyim cavab ağır idi. Onu burada mətbuata deyə bilmərəm. "İbarət"in bu addımı mənim üçün yaxşıdır. Həmin azarkeşlərə təşəkkür edirəm. Samir 7 il sonra gəldi və onların əlindən çempionluğu aldı. Əlbəttə, onlar üçün Samirin getməyi daha yaxşıdır".
Bu gün isə “İmarət” Azarkeş Qrupu özünün Feysbuk səhifəsindən paylaşım edərək Samir Abasova xəbərdarlıq mesajı göndərib: “O deyib ki, onlara meydanda verdiyim cavab ağır idi. Ürəyində cavab-zad da verirmiş bu. Gələn oyunda görərsən ağırlığı”. /Qol.az
Telegram kanalımız