İmişli-Biləsuvar yolunda avtomobil aşdı:   Ölənlər və yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

İmişli-Biləsuvar yolunda avtomobil aşdı: Ölənlər və yaralılar var

Hadisə

27 Aprel 2024 20:16 785


İmişli-Biləsuvar avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

Yenisabah.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəza səhər saatlarında İmişli-Biləsuvar avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb.

“Toyota Prado” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində Ramil Bəhlul oğlu Vəliyev və Adil Kamil oğlu Sadıqov ölüblər, avtomobildə olan sərnişinlər Fatma Şərifova, Ramil Abdullah, Vüsal Muhəmməd müxtəlif dərəcəli xəsarətlər alıblar. Sezar pizza

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib. Kəllə beyin travması alan Fatma Şərifova Bakı şəhərində olan xəstəxanalardan birinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!