İmişli icra başçısı müavinini vəzifədən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

İmişli icra başçısı müavinini vəzifədən azad etdi

Siyasət

14 May 2025 15:23 3336


İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad olunub.

“Yeni Sabah” xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətindən məlumatı Teleqraf-a təsdiqləyiblər.

Bildirilib ki, o, başqa işə keçib. Dominos pizza

R.Məmmədov bu səbəbdən bir müddət əvvəl İcra Hakimiyyətindəki işindən ayrılıb.

Xatırladaq ki, tanınmış jurnalist olan R.Məmmədov “ANS TV” və “Avto FM” radiosunda bir sıra vəzifələrdə işləyib.

O, daha sonra Dövlət Məşğulluq Agentliyinin Media və informasiya təminatı şöbəsində baş mütəxəssis, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.

2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini – Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!