İmişli rayonunun bir sıra ərazilərində qazın verilişində fasilələr yaranacaq

saytların hazırlanması

Evə çatdırılma

İmişli rayonunun bir sıra ərazilərində qazın verilişində fasilələr yaranacaq

Sosial

12 İyun 2025 18:57 365


İmişli rayonun bir hissəsində qazın verilişində fasilələr yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, "Otuzikilər" ölçü qovşağından qidalanan diametri PE 315 mm-lik "Otuzikilər-Məzrəli-Məcburi köçkünlər qəsəbəsi" və diametri PE 225 mm-lik "Aranlı kənd" orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərləri və üzrərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar, 13.06.2025-ci il saat 09:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun 21 kəndində - Yuxarı Qaralar, Otuzikilər, Murğuzallı, Muradallı, Mürsəlli, Xoşçobanlı, Qaraqaşlı, Ölcələr, Nurulu, Sultanmuradlı, Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Çaxırlı, Xubyarlı, Qızılkənd, Aranlı, Hacırüstəmli, Hacalmuradlı, Kürmahmudlu kəndlərində, Biləsuvar rayonunun izibati ərazisində yerləşən 11 "Məcburi köçkünlər" qəsəbəsində (ümumi 10591 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!