İmişlidə 11 yaşlı oğlan kanalda batdı

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə 11 yaşlı oğlan kanalda batdı

Hadisə

08 Fevral 2024 16:06 451


Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri İmişlidə kanalda batan yeniyetmənin axtarışını davam etdirir. 

Bu barədə Yenisabah.az-a FHN-dən məlumat verilib. 

Bildirilib ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.  pizza

Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. 

Əlavə məlumat veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!