İmişlidə dəhşətli qəza: Ata və oğlu öldü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə dəhşətli qəza: Ata və oğlu öldü - Fotolar

Hadisə

15 Noyabr 2024 19:49 1627


İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, motosiklet və minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində ata və oğul ölüb. Hadisə bu gün saat 17 radələrində İmişli rayonuna giriş yolunda qeydə alınıb. Pepperoni pizza

Motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb. Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!