İmişlidə ev yanıb kül oldu

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə ev yanıb kül oldu

Hadisə

19 Mart 2021 23:08 1443


İmişli rayonunda yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Soltanmuradlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Camalov Əyyub Əli oğluna məxsus fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Yanğın zamanı ailə üzvləri evdə olmayıb. Sezar pizza

Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Buna baxmayaraq, bir mərtəbədən ibarət ev içindəki əşyalarla birlikdə yanaraq külə dönüb.

Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırma aparılır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!