İmişlidə faciə: Balıq tutan 36 yaşlı kişini “tok“ vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə faciə: Balıq tutan 36 yaşlı kişini “tok“ vurub öldürdü

Hadisə

06 Sentyabr 2021 10:36 1157


Sentyabrın 5-i saat 19 radələrində İmişli rayonu, Aranlı kənd sakini 1985-ci il təvəllüdlü Elşad Zeynalovun elektrik cərəyanı vurması nəticəsində  ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İmişli rayon prokurorluğunundan Yenisabah.az-a verilən məlumata görə, Elşad Zeynalov yaşadığı evin qarşısından keçən su kanalında sonluğu elektrik naqilinə bağlanmış dəmir tor vasitəsilə balıq tutarkən elektik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!