İmişlidə kütləvi ZƏHƏRLƏNMƏ ilə bağlı   AQTA-dan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə kütləvi ZƏHƏRLƏNMƏ ilə bağlı AQTA-dan AÇIQLAMA

Sosial

24 Sentyabr 2025 18:42 354


İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birlikdə araşdırmalara başlanılıb.

Yenisabah.az xəbər verir ki, agentlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin araşdırma zamanı hadisənin rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verdiyi məlum olub.

Hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək müvafiq müayinələr aparılır. pizza hut

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcəyi qeyd olunub.

AQTA bir daha ev şəraitində hazırlanan qidaların istehlaka təqdim edilməsi zamanı saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!