İmişlidə toyda baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə toyda baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

Sosial

08 Oktyabr 2025 17:39 350


Ötən ay İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi məişət zəminində baş verib.

Bu barədə Yenisabah.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, daxil olan bildiriş əsasında AQTA-nın Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. Sezar pizza

Qeyd edək ki, E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan "Escherichia coli" bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər.

AQTA bir daha ev şəraitində kütləvi tədbirlər üçün hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!