İmişlidə polis bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə polis bıçaqlandı

Hadisə

31 İyul 2021 04:31 2169


İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb.

Yenisabah.az xəbər verir ki, hadisə İmişli və Biləsuvar rayonlarının sərhədində yetləşən məcburi köçkün düşərgəsində baş verib.

Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Dominos pizza

Hadisəni törədən şəxs saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır (apa).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!