“İmişlidə stalinçini sədr təyin ediblər”

saytların hazırlanması

Evə çatdırılma

“İmişlidə stalinçini sədr təyin ediblər”

Siyasət

14 May 2025 16:11 4321


"9 May Qələbə günü ilə bağlı "Georgi lenti" bağlayıb SSRİ bayrağının altında tədbir keçirən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov işdən çıxarıldı.

Bəs, onun yerinə kimi təyin etdilər? Vahid Tağıyevi!"

Yenisabah.az xəbər verir ki, bunu "Facebook" hesabında jurnalist Samir Feyruzov yazıb. Dominos pizza

O əlavə edib: "Vahid Tağıyevin də yaxasında "Georgi lenti" var və mənə verilən məlumata görə tədbirin bu şəkildə keçirilməsinin təşəbbüskarı da məhz o olub. Hətta tədbirdə nümayiş etdirmək üçün "Stalinin başı"nı da Bakıdan o gətirib. 

Keçəl Həsən, Həsən keçəl, nə fərqi var?! 

V.Tağıyev S.Səmədovun müavini idi. Görünən budur ki, "iş" planlı olub və sədri "Georgi lenti"nə görə çıxarmayıblar. Yəni, hoya düşməyin. 

Dünən (mayın 13-də - red.) baş ofisi Bakıda yerləşən Ağsaqqallar Şurasının aparat rəhbəri İmişliyə gedib və Vahid Tağıyevi yeni sədr seçiblər. İdarə heyətinin 26 nəfər üzvü olsa da, cəmi 7 nəfərin iştirakı ilə seçim həyata keçirilib. 

Madam ki belə olacaqdı, elə S.Səmədov öz vəzifəsində qalardı da!

Qısası, insanlar qəzəblidir, söyməyə adam axtarırlar. Bu dəfə S.Səmədov tora düşdü".

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!