İmişlidə yaralanan uşaqlardan biri də vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə yaralanan uşaqlardan biri də vəfat etdi

Hadisə

22 Yanvar 2025 11:16 468


İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda dünyasını dəyişib.

TƏBİB-dən “Yeni Sabah”a bildirilib ki, Yeni Klinikaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunub ki, yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunan azyaşlı qız həkimlərin çoxsaylı səyinə baxmayaraq bu gecə saat 01:45 radələrində ölüb. Pepperoni pizza

Məlumata görə, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdi. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.

Qeyd edək ki, Dövlət Yol Polisinin avtomobili xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəyib. Hadisə yerində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı. Hadisə ilə bağlı cinayət işi açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!