İmişlidə yol qəzası:   Ölən və yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə yol qəzası: Ölən və yaralılar var

Hadisə

06 Yanvar 2021 01:37 763


İmişli rayonunda baş vermiş avtoqəza nəticəsində sürücü ölüb, 2 nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə İmişli rayonunun Bəcrəvan-Cavadxan yolunda qeydə alınıb.

İmişli sakini, 1982-ci il təvəllüdlü Mirzəyev Elməddin Ərəstun oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib, sərnişinlər - Qaravəlli kənd sakini, 2002-ci il təvəllüdlü Şükürov Bayandır Dünyamalı oğlu və Mirili kənd sakini, 1974-cü il təvəllüdlü Hüseynov Nüsrət Adış oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!