İmişlidə zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qız:   “Dedi ki, heç kimə demə” - Video

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qız: “Dedi ki, heç kimə demə” - Video

Kriminal

30 Oktyabr 2021 14:24 7803


İmişli rayonunda atalığı tərəfindan zorlandığı deyilən azyaşlı qızın danışması ilə bağlı görüntülər yayılıb.

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı ARB süjet hazırlayıb.

Azyaşlı onu zorlayan şəxsin bu hadisə barədə heç nə danışmamasını çatdırdığını deyib: “Dedi ki, heç kimə demə”. Pepperoni pizza

Daha sonra qız ona dərman verildiyini, ayılanda isə paltarlarının əynində olmadığını bildirib. O, belə hadisənin iki dəfə yaşandığını da qeyd edib.

Hadisə barədə danışan uşağın nənəsi Sənubər Şükürovanın sözlərinə görə, anası soğan yığmağa, çörək bişirməyə gedən zaman azyaşlı evdə tək olub və atalığı Qurban Fərəcov bundan istifadə edib.

Qeyd edək ki, zorlanmış qız əməliyyat olunub, əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.

Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ananın vəziyyəti yaxşı, uşağınkı isə ağırdır.

Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 149.3.3 (Zorlama, 14 yaşına çatmayan şəxsə qarşı törədildikə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şəmsəddin
    Bu cür alçaqlara ən sərt cəza,ömürlük həbs verilməlidir.
    5 years ago