İmran Xan Zakir Həsənovu qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

İmran Xan Zakir Həsənovu qəbul etdi

Maraqlı

21 Mart 2022 18:17 486


Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Pakistana rəsmi səfəri çərçivəsində martın 21-də general-polkovnik Zakir Həsənovla Pakistanın Baş naziri İmran Xan arasında görüş keçirilib. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı vurğulanıb. Dominos pizza

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlar daxil olmaqla bütün səviyyələrdə dəstəklədiyinə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.

Sonda ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!