Emin Əmrullayev imtahan suallarından narazıdır:   “Qəbul qaydaları dəyişməlidir“

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayev imtahan suallarından narazıdır: “Qəbul qaydaları dəyişməlidir“

Sosial

10 Aprel 2026 11:09 442


"Mövcud yanaşmalarda əsas problemlərdən biri sualların mahiyyətindədir".

"Yeni Sabah" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

"Müşahidələrim göstərir ki, Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik və bacarıqlarını ölçməyə. Halbuki sualın əsas məqsədi insanın nəyisə bacarıb-bacarmadığını üzə çıxarmaq olmalıdır. Bu yanaşma dəyişməlidir. Bu, ayrı-ayrı qurumların deyil, ümumilikdə Azərbaycan pedaqogikasında mövcud olan problemdir və daha çox fənn mütəxəssislərinə yönəlmiş çağırışdır". Toyuqlu pizza

Nazir əlavə edib ki, imtahan sistemində tədricən dəyişikliklər aparılmalıdır:

"İnanıram ki, bu kimi məqamlar Azərbaycan imtahan sistemində mərhələli şəkildə dəyişəcək. Məleykə xanımın da qeyd etdiyi kimi, xüsusilə kognitiv bacarıqların və sosial-emosional zəkanın ölçülməsi gələcək üçün son dərəcə vacibdir. Çünki gələcəyin uğurlu kadrlarını məhz bu bacarıqlar müəyyən edəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!