İmtahanların cavabı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İmtahanların cavabı açıqlandı

Sosial

15 İyul 2019 17:16 1373


Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Mərkəz Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul olmaq üçün iyulun 14-də keçirilən imtahanın nəticələrini elan edib.

DİM-dən “Yeni Sabah”a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Dördpendirli pizza

İmtahanda iştirakı gözlənilən 86 abituriyentdən 2 nəfər imtahanda iştirak etməyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi liseylərinə qəbul imtahanının nəticələri də yaxın günlərdə elan olunacaq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!