“İmtina cavabı gəldi, bu onu çökdürdü...”

saytların hazırlanması

Evə çatdırılma

“İmtina cavabı gəldi, bu onu çökdürdü...”

Şou

07 Yanvar 2025 09:47 636


"Azəri sevən tamaşaçılardan biri təmənnasız olaraq öz böyrəyini ona vermək istəyirdi. Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri gedirdi".

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı-aktyor İlkin Həsəni "Xəzər axşamı" verilişində mərhum həmkarı və dostu Azər Baxşəliyevlə bağlı danışarkən deyib. O, son məqamda Azərin imtina cavabı aldığını bildirib:

"Son illərdə transplantasiya əməliyyatları üçün Etika Komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə biz soruşanda da deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Sonuncu məqamda hansısa bir problem çıxdı və Azərə imtina cavabı gəldi. Bir az da bu olay Azəri çökdürdü". Marqarita pizza

Qeyd edək ki, Azər Baxşəliyev yanvarın 15-də əməliyyat üçün Türkiyədə gedəcəkdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!