İnam Kərimov Beyləqanda vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

İnam Kərimov Beyləqanda vətəndaşları qəbul edəcək

Sosial

19 Avqust 2019 10:01 998


Kənd Təsərrüfatı naziri İnam Kərimov Beyləqanda vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Yeni Sabah"a daxil olan məlumata görə, İnam Kərimov 23 avqust 2019-cu il tarixdə, saat 10:00-da Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Beyləqan və Füzuli rayonlarının sakinləri ilə görüşəcək.

Avqustun 23-də, saat 10:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində İmişli və Saatlı rayonlarından olan vətəndaşları, nazirin digər müavini Seyfəddin Talıbov isə Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcəklər. pizza mizza

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-571-61-78), İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-758-80-00) və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-318-88-76) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!