İnam Kərimov: “İslahatlar hər zaman dövlətin diqqət mərkəzində olub“

saytların hazırlanması

Evə çatdırılma

İnam Kərimov: “İslahatlar hər zaman dövlətin diqqət mərkəzində olub“

Maraqlı

20 Aprel 2023 10:13 807


"Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar hər zaman dövlətin diqqət mərkəzində olub".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov deyib.

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətçiliyin təməl prinsiplərindən sayılan qanunun aliliyinə, insan hüquqları və demokratik dəyərlərin qorunmasına xüsusi diqqət verir: Toyuqlu pizza

“Əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan islahatlar nəticəsində ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında əsaslı dəyişikliklər baş verib, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regionlarda yeni məhkəmələr təşkil edilib, onların səlahiyyətləri genişləndirilib, sayı artırılıb, maddi təminatları yaxşılaşdırılıb, hakimlərin şəffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yenilənməsinə nail olunub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!