İnam Kərimov onları yüksək vəzifəyə təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

İnam Kərimov onları yüksək vəzifəyə təyin etdi

Sosial

25 Dekabr 2019 16:45 1518


Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə görə, Rəşad Əzizov Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə, Emin Eyvazov isə Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib. pizza sifarişi

Qeyd edək ki, ötən ay İnam Kərimovun imzaladığı əmrə əsasən, Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar. /oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!