İnanılmaz: Ana xəyanətinin üstünü açan 8 yaşlı oğlunu yandırdı

saytların hazırlanması

Evə çatdırılma

İnanılmaz: Ana xəyanətinin üstünü açan 8 yaşlı oğlunu yandırdı

Hadisə

17 Mart 2021 13:03 1165


Kursk vilayətinin sakini ögey atasına başqa bir kişiyə xəyanət etdiyini söylədiyi üçün 8 yaşlı oğlunu yandırıb. 

Yenisabah.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, faciədən bir neçə gün əvvəl oğlan ögey atasına anasının evdə başqa bir kişi ilə əyləndiyini söyləyib. Aldadılmış ər arvadına hər şeyi danışıb və xəyanət barədə ögey oğlundan öyrəndiyini deyib.

Qəzəblənmiş qadın oğlunu küçəyə çıxarıb, benzin tökərək yandırıb, ərinin oğlanı söndürməsinə icazə verməyib. Sezar pizza

Ögey ata buna baxmayaraq təcili yardım çağırıb və uşağı xilas etməyə çalışıb, lakin oğlan bədəninin səthinin 60 faizi yanıq xəsarəti alıb və ötən gecə xəstəxanada ölüb.

Digər məlumata görə, hazırda saxlanılan və cinayət işi qaldırılan ana valideyn məsuliyyətlərinin düzgün yerinə yetirilməməsinə görə qeydiyyatda olub. Evdə uşaqlar üçün heç bir şərait olmayıb (ailədə hələ bir qızı da var).

Lent.az xatırladır ki, faciə martın 15-də baş verib. 31 yaşlı qadın oğlunu həyətə çıxarıb, uşağın üstünə benzin tökərək yandırıb. Uşaq üçüncü dərəcəli yanıq xəsarətləri alıb. O, Jeleznoqorska, daha sonra Kursk Regional Klinik Xəstəxanasına aparılın, lakin martın 17-də gecə ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!