İnanılmaz: “Britaniya ştammı“nın yayıldığı ölkədə ölüm sayı 0-a yaxınlaşır

saytların hazırlanması

Evə çatdırılma

İnanılmaz: “Britaniya ştammı“nın yayıldığı ölkədə ölüm sayı 0-a yaxınlaşır

Dünya

31 Mart 2021 15:53 767


“COVİD-19”un Britaniya ştammının dünyaya yayıldığı, bununla da bir çox ölkədə üçüncü, ən qorxunc yoluxma dalğasına səbəb olan İngiltərədə ölkə üzrə ölüm statistikası  artıq 2 rəqəmliyə enib. Son 24 saat ərzində Londonda cəmi 2 nəfər (!) koronavirusdan vəfat edib. 

Yenisabah.az CNN Türk-ə  istinadən xəbər verir ki, İngiltərənin paytaxtı London dünənədək pandemiyanın mərkəzi idi. Bu gün isə Londonda ölüm sayı artıq 0-a yaxınlaşır.  Britaniya rəsmiləri əhəmiyyətli müsbət irəliləyişə nail olmalarının  səbəbini aylarla davam edən qadağalar və kütləvi peyvəndləmə ilə izah edir və bildirirlər ki, çox ağır mərhələni artıq arxada qoyublar. Yanvar ayında ölkədə ölüm sayı 800-ə çatırdısa, hazırda 23-ə enib. Dünənsə B.Brotaniya baş naziri Boris Conson aprelin 12-dən etibarən mərhələli yumşalmalara başlayacaqlarını bildirib. Aprelin 12-dən mağazalar açılacaq. May ayında beynəlxalq uçuşlara icazə veriləcək.

Baş nazir 21 iyundan etibarən  ölkə üzrə bütün qadağaların qaldırılacağını elan edib. “Britaniya ştammı”nı dünyaya yayan İngiltərə artıq özünü “qaıib”  sayır.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!