İnanılmaz mənzərə:   Karantini pozmamaq üçün ərini it kimi...

saytların hazırlanması

Evə çatdırılma

İnanılmaz mənzərə: Karantini pozmamaq üçün ərini it kimi...

Dünya

14 Yanvar 2021 02:07 1205


Kanadada koronavirus məhdudiyyətlərini pozmamaq üçün bir qadının istifadə etdiyi üsul görənləri heyrətə salıb.

Yenisabah.az xəbər verir ki, hadisə Quebec əyalətinin Şerbrooke bölgəsində yaşanıb.

Ölkədə çölə çıxmağın yeganə qanuni yolu it gəzdirməkdir. İti gəzintiyə çıxarmaq sərbəst olduğu üçün qadın ərinin boğazına xalta taxaraq küçəyə çıxıb. Dominos pizza

Polis idarəsinə gətirilən qadın “ Köpəyimi gəzdirirəm. Bu, təbii bir şeydir” deyə ifadə verib.

Ancaq cəzadan qaça bilməyən cütlüyə adambaşına 1200 dollar cərimə kəsilib.

Qeyd edək ki, Quebec əyalətində axşam 20:00-dan səhər 05:00-ə qədər komendant saatı elan olunub. Ölkədə tətbiq edilən karantin qaydalarına görə, sözügedən saatlarda köpəyi evin yaxınlığında gəzintiyə çıxarmaq çölə çıxmaq üçün yeganə qanuni səbəbdir.  /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!