Portuqaliyalı məşqçi Joze Mourinyo karyera ərzində 80 milyon avroya yaxın təzminat alıb.
Yenisabah.az xəbər verir ki, 60 yaşlı mütəxəssis 6 dəfə müqaviləsi bitmədən istefaya göndərilib. Onunla müqavilələr vaxtından əvvəl ləğv olunduğu üçün məşqçiyə hər dəfə təzminat ödənilib. O, qazandığı təzminatın məbləğinə görə dünya məşqçiləri arasında rekordçudur.
Mourinyonun qazandığı təzminatlar Sezar pizza
“Çelsi” (2007) – 18 milyon avro
“Real Madrid” (2013) – 17 milyon avro
“Çelsi” (2015) – 8 milyon avro
“Mançester Yunayted” (2018) – 19 milyon avro
“Totenhem” (2021) – 15 milyon avro
“Roma” (2024) – 3 milyon avro
Xatırladaq ki, son klubu "Roma" olan Mourinyo yanvarın 16-da vəzifəsini tərk edib.
Telegram kanalımız