ABŞ-ın Cənubi Dakota ştatında yerləşən Sioux Falls-da fırtınanın təsiri ilə səma yaşıl rəng alıb.
Yensiabah.az xəbər verir ki, iyulun 5-də ABŞ-ın Cənubi Dakota ştatında yerləşən Siuks Falls-da dereko qasırğası baş verərkən səma yaşıl rəngə bürünüb. Göyün rəngi yerli sakinləri heyrətə gətirərkən, görüntülər və fotoşəkillər sosial medianın gündəmini zəbt edib.
Mütəxəssislər deyirlər ki, səmanın niyə yaşıl rəngə çevrildiyi aydın deyil, amma əsas səbəb buludların çox su daşıdıqları üçün mavi işıq saçmağa meylli olması və mavi işığın gün batması zamanı qırmızı və sarı işıqla birləşdiyi üçün səmanın yaşıl rəngə çevrilməsidir. pizza mizza
Telegram kanalımız