İnanılmaz: Türkiyədə 14 yaşlı oğlan ailə üzvlərini güllələdi

saytların hazırlanması

Evə çatdırılma

İnanılmaz: Türkiyədə 14 yaşlı oğlan ailə üzvlərini güllələdi

Kriminal

29 Avqust 2021 13:19 1132


Türkiyənin Ordu vilayətində dəhşətli hadisə baş verib. 

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, Korgan rayonunda 14 yaşlı oğlan fındıq yığmaq üstündə ailə üzvləri ilə mübahisə edib.

O, polis məmuru olan atasının tapancasını götürərək, valideynlərinə, qardaşı və nənəsinə atəş açıb.  Sezar pizza

Nəticədə anası Rahimə Y. və nənəsi Cənnət Gərdək hadisə yerində həyatlarını itiriblər. Atası C.Y. və qardaşı Murad Y. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sonuncu xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!