“İnanıram ki, gələn il də çempion olacağıq” - “Qarabağ”ın futbolçusu 

saytların hazırlanması

Evə çatdırılma

“İnanıram ki, gələn il də çempion olacağıq” - “Qarabağ”ın futbolçusu 

İdman

28 May 2024 13:26 718


"Qarabağ” ailəsinin üzvü olduğum üçün çox şadam. Təəssüratlarım əladır. Şükürlər olsun ki, növbəti çempionluğumuzu qazandıq. İnanıram ki, gələn il də birinci olacağıq. Eləcə də Çempionlar Liqasında əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri qol.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov deyib. 

O, sona 8 tur qalmış çempion olmaqlarının “Qarabağ”ın güclü və ya rəqiblərin zəif olması ilə əlaqələndirməyib: “Futbolda belə anlayış yoxdur. Elə oyunlar olub ki, uduzmuşuq, yaxud heç-heçə etmişik. Hətta bəzən TOP klublar da gözlənilməz məğlubiyyətlə üzləşirlər. Məsələn, “Liverpul” kimi komanda öz meydanında “Atalanta”ya 0:3 hesabı ilə uduzdu”.  pizza

29 yaşlı futbolçu bildirib ki, müasir futbolda uğur qazanmaq üçün iki əsas amil var: “Mənim fikrimcə, indiki dövrdə futbolda əsas olan istək və əzmkarlıqdır. Bu ikisi varsa, yaxşı nəticə qazanacaqsan. Qurban müəllim bizə həmişə deyir ki, istəkli olun, ürəklə oynayın, əzmkar mübarizə aparın. Əziyyət çəkirsənsə, artıq məşq edirsənsə, Allah sənə bunun əvəzini yetirir”. 

A.Hüseynov qarşıdakı kubokun finalı barədə də danışıb: “Zirə” hazırda çox yaxşı formadadır. Özü də final cəmi 1 oyundan ibarətdir. İnanıram ki, kuboku qazanacağıq. Düzdür, çətin olacaq. Çünki Rəşad Sadıqov komandasını final üçün əla motivasiya edəcək”. 

“Qarabağ”ın müdafiəçisi avrokuboklara vəsiqə qazandıqları üçün “Zirə”nin baş məşqçisini təbrik edib: “Rəşad Sadıqovu təbrik edirəm. Mən “Qarabağ”da onunla birgə oynamışam. Sadıqovun ikinci yeri tutmasına sevindim. Amma bunun finaldakı mübarizəyə aidiyyəti yoxdur. Çünki mən “Qarabağ”ın futbolçusuyam və finalda qalib gəlib mövsümü “qızıl dubl”la başa vurmaq istəyirəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!