“İnanıram ki, Tofiq Yaqublu azadlığa buraxılacaq”  - Sabir Rüstəmxanlı

saytların hazırlanması

Evə çatdırılma

“İnanıram ki, Tofiq Yaqublu azadlığa buraxılacaq”  - Sabir Rüstəmxanlı

Siyasət

11 Sentyabr 2020 15:43 1114


“Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğurunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır. Tofiq Yaqubluya sərt cəza verilməsi təəssüf doğurur”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP ) sədri, deputat Sabir Rüstəmxanlı bildirib. VHP sədri bildirib ki hökm çıxaranda Tofiq Yaqublunun keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı nəzərə alınmalıydı. “Belə xırda bir insidentə görə Tofiq bəy kimi insanı bir neçə il azadlıqdan məhrum etmək ədalətsiz hökmdür. 

Artıq neçə gündür ki, Tofiq aclıq edir. Qarabağ döyüşlərində sağlamlığını itirən bir insan bu gün ölüm aclığı keçirir və səhhəti ciddi şəkildə pisləşib. Əlbəttə, üzücü bir haldır. İşin bu yerə gəlib çatmasına imkan verilməməliydi... İnanıram ki, ictimai rəy nəzərə alınacaq və Tofiq bəy azadlığa buraxılacaqdır...", - deyə deputat əlavə edib. pizza

Sabir Rüstəmxanlı eyni zamanda məhkəmə hökmləri zamanı qanunun yumşaq üzünün unudulmamasının da vacibliyini bildirib: “Bəzən xırda bir olaya görə elə sərt cəzalar kəsilir ki... Axı hər cəzanın arxasında bir insan taleyi dayanır. Bu məqamlar nəzərə alınmalıdır. Həbsxanaları niyə doldururuq? Dünyada qəbul olunan qaydalar var. Bir çox əməllərin cəzası cərimə ola, maddi tərəfdən qarşılığı ödənilə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!