“İnanmırlar, belə oyun olar?“ - Eldar Əzizov

saytların hazırlanması

Evə çatdırılma

“İnanmırlar, belə oyun olar?“ - Eldar Əzizov

Sosial

18 May 2020 18:56 1543


“Mənə deyirdilər ki, küçədə gəzən bəzi insanlar koronavirusun mövcudluğuna inanmır”. 

Yenisabah.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O, təəssüflə bildirib ki, bunu deyənlər arasında savadlı insanlar da var: Sezar pizza

"Mən son iki gün ərzində Bakının bütün rayon icra başçıları ilə birgə marifləndirmə tədbirləri keçirmək üçün küçəbəküçə gəzirik. Çox təssüf ki, bəzi insanlar mənə də koronavirus xəstəliyinin mövcudluğuna inamadıqlarını deyirlər. Onlar bunu “oyun” adlandırırlar. Amma bu necə “oyun”dur ki, bütün dünyada sərhədlər bağlanıb, insanlar evdən çölə çıxmır, bu xəstəlikdən milyonlarla insan xəstəxanaya yerləşdirilir, dünyasın dəyişir.  Belə oyun olar? Özümüz inanmırıqsa belə, cəmiyyətə görə bu qaydalara əməl etməliyik”.   /Unikal.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!