İnarə Vəliyeva: “Kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

İnarə Vəliyeva: “Kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur”

Rəqəmsal

31 Yanvar 2024 11:12 6667


Hazırda Azərbaycanda kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur.

Yenisabah.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva deyib.

"Mərkəzdə biz ilkin səviyyədə olan mütəxəssislərin hazırlanmasından başlasaq da, daha yüksək səviyyədə olan mütəxəssislərə ehtiyacımız var. Bu sahədə digər ölkələrdən asılılığı azaltmaq lazımdır. Bu gün biz artıq yerli məhsullar üzərində işləyirik. Dominos pizza

Bununla belə, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində gözləntimiz ondan ibarətdir ki, orada çox güclü tədqiqat işləri getsin. Yəni bu mütəxəssislər ölkəyə daha böyük töhfə verə bilsinlər",- deyə İ. Vəliyeva qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!