Çində 4-cü dərəcədə hazırlıq xəbərdarlığı elan olunub.
"Yeni Sabah" bildirir ki, bu “Mitaq” qasırğasının ölkənin cənub-şərq sahillərinə yaxınlaşması ilə əlaqədardır.
Çin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qasırğası bu gün axşam saatlarında Tayvan adasının şimal-şərq hissəsinə çatacaq. Sezar pizza
“Mitaq” oktyabrın 1-də şimala doğru hərəkət edərək, Cıcian və Fucian vilayətlərinin sahillərinə yaxınlaşacaq. Həmçinin, Ciansu vilayətində və Şanxay şəhərinin bir hissəsində güclü külək və yağışlar proqnozlaşdırılır.
Qeyd edək ki, "Mitaq" bu il Çində baş verən 18-ci qasırğadır.
Telegram kanalımız