“İndi gəlib sənin bığlarını kəsərəm!”- Baş Qərargah rəisi Köçəryanı hədələdi...

saytların hazırlanması

Evə çatdırılma

“İndi gəlib sənin bığlarını kəsərəm!”- Baş Qərargah rəisi Köçəryanı hədələdi...

Hadisə

28 Fevral 2021 11:46 2752


Ermənistan Baş Qərargahının son açıqlaması rəsmiləri, xüsusən də Baş nazir Nikol Paşinyanı şok vəziyyətinə salıb. Yalnız parlamentin müdafiə və milli təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan özünü hakim komandada sərt bir adam kimi göstərməyə çalışır. Hökumətdəki mənbələrə görə, Andranik Köçəryan öz mövqeyini gücləndirmək və Paşinyana guya  çətin vəziyyətlərdə doğru həll yollarını tapa biləcəyini göstərmək istəyir.

Moderator.az  xəbər verir ki, “ARMINSIDER” telegram-kanalının yaydığı məlumata görə,  “Vətəndaş  müqaviləsi” partiyasının bir toplantısı zamanı ordu ilə necə danışıqlar aparılması müzakirə edilərkən Andranik Köçəryan əvvəllər müdafiə nazirinin müavini vəzifəsini tutduğu üçün hərbçilərlə danışıqlar apara biləcəyini söyləyib. Nəticədə A.Köçəryan Baş Qərargah rəisi Onik Qasparyana zəng edib və onunla sərt danışmaq istəyəndə Baş Qərargah rəhbərinin reaksiyası çox sərt olub.

"Qulaq as, Ando,  indi mən gəlib sənin bığlarını kəsərəm, çiyələk ləzzətli Ando olarsan"- deyə Onik Qasparyan A.Köçəryanı yerində oturdub. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!