“Xoşbəxtlikdən, indi hər şey “Qarabağ”ın öz əlindədir".
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış idman jurnalisti İlkin Fikrətoğlu deyib.
O əlavə edib: "Bir neçə il əvvəl “Qarabağ”ın qrupundakı “Fiorentina”-PAOK matçını xatırlatmaq istəyirəm. Çünki bu komandaların oyununun nəticəsi “Qarabağ”ın həmin turnirdəki taleyinə nəticə göstərəcəkdi və təəssüf ki, arzulamadığımız nəticə orada qeydə alındı. İndi deyə bilmərəm ki, bunu bilərəkdən, yaxud bilməyərəkdən etdilər, amma reallıq budur ki, “Qarabağ” həmin il qrupdan çıxa bilmədi”. pizza sifarişi
İ. Fikrətoğlu bu gün UEFA Avropa Liqasının sonuncu – 6-cı turu çərçivəsində keçiriləcək olan “Qarabağ”–“BK Hacken” matçı ilə bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, qrup ikincisi olan “köhlən atlar” bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsveç təmsilçisi üzərində qələbə qazansa, tarixində ilk dəfə olaraq UEFA Avropa Liqasının 1/8 mərhələsinə adlayacaq.
Bukmekerlərin fikrincə, doğma divarlar arasında oynayacaq “Qarabağ”ın “BK Hacken” üzərində qələbəsi real görünür. “H” qrupuna 15 xalla başçılıq edən Xabi Alonsonun “Bayer Leverkusen”inə gəldikdə isə almanlar qrupdan çıxmağı təmin etsə də, qrup ikincisi kimi “Qarabağ”la eyni xalı (7) bölüşən “Mölde” də 1/8 final oynamaq şansını hələ də əlində saxlayır.
İ. Fikrətoğlu qeyd edib: “Yəni qalib gəlirsən və turu adlayırsan. Düzdür, “köhlən atlar” qalib gəlməsə belə, yenə də şansımız var. Bu halda “Bayer Leverkusen” “Mölde”yə qalib gəlməli, yaxud heç-heçə olmalıdır. Bu hal da mövcuddur, amma, əgər şans öz əlimizdədirsə, niyə ümidimizi almanlara bağlamalıyıq?! Elə özümüz məsələni həll edə bilərik. Hava isveçlilərin havası kimi soyuqdur, amma inanıram ki, bu, bizim üçün qələbə havası olacaq və biz istədiyimiz nəticə ilə meydandan ayrılacağıq”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, 1/8-də potensial rəqiblər çoxdur:
“Bunu indidən demək düzgün olmaz, çünki “püşkün gözü kordur” deyirlər. Amma istərdim ki, “Galatasaray”a rəqib olaq. Mənim üçün çox maraqlı olardı ki, Azərbaycan futbolunun bir nömrəli komandası belə bir önəmli çempionatda Türkiyə futbolunun flaqmanı ilə üz-üzə gəlir. “Qarabağ” haraya qədər necə gedəcək, bu barədə indidən danışmaq tezdir. Hər şey püşkdən və komandanın vəziyyətindən asılıdır. İndiki halda biz bu gün “Hacken”ə qalib gəlib qrupdan çıxmağı arzulamalıyıq ki, fikrimcə, belə də olacaq”.
Matc.az saytının baş redaktoru, idman jurnalisti İxtiyar Əsgərov isə düşünür ki, normal hakimlik olsa, “Qarabağ”ın qələbə qazanacağına şübhə etmir:
“Təmsilçimiz tarixi uğurun astanasındadır. İlk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəlmək şansı var. İllərdir gözlədiyi məqamdır deyə, inanmıram ki, bu şansı əldən verə. Pley-offa vəsiqə üçün təmsilçimizin yüksək şansla yanaşı, təcrübəsi də var. İnşallah ki, istənilən hesablı qələbə ilə qrup ikincisi olarıq”.
O, diqqətə çatdırıb ki, pley-off mərhələsindəki bütün mümkün rəqiblər bəllidir:
“Təmsilçimiz “Galatasaray”, “RC Lens” (Fransa), “Braga” (Portuqaliya), “Benfica” (Portuqaliya), “Feyenoord” (Niderland), “AC Milan” (İtaliya), “Young Boys” (İsveçrə) və “Şaxtyor”la (Donetsk, Ukrayna) qarşılaşa bilər. Mənə görə, “Qarabağ”a ən uyğun rəqib “Young Boys” və “Galatasaray”dı. Yeri gəlmişkən, “Galatasaray”la xeyriyyə matçında qarşılaşmışıq. Reallığı nəzərə alsaq, biz maksimum ¼ finaladək gedə bilərik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız