“İndi kimi kürəyindən bıçaqlayacaqsan?” - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“İndi kimi kürəyindən bıçaqlayacaqsan?” - Ərdoğan

Dünya

23 Mart 2025 09:56 367


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İstanbul Təşkilatının iftar tədbirində çıxış edərək İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan “Korrupsiya” və “Terror” istintaqları ilə əlaqədar CHP-ni sərt şəkildə tənqid edib.

Yenisabah.az xəbər verir ki, Ərdoğan CHP-nin yayılan ittihamlara cavab verə bilmədiyini vurğulayaraq, müxalifət liderlərinə xəbərdarlıq edib.

Prezident bildirib ki, AK Partiya cəmiyyətin parçalanmasına yol verməyəcək, əksinə birliyə, sevgi və qardaşlığa xidmət edəcək. Dördpendirli pizza

“Cənab Özəl, indi kimi kürəyindən bıçaqlayacaqsan? Biz heç vaxt sağlam düşüncədən və səbrdən əl çəkməyəcəyik, bələdiyyələrimiz həmişə xalqın haqqını qoruyacaq”, – deyə, Ərdoğan qeyd edib.

Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri 2023-cü ildən etibarən Özgür Özeldir./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!