“İndi “lüstür”ümü bəyənmirsən, sabah da qızımı...”

saytların hazırlanması

Evə çatdırılma

“İndi “lüstür”ümü bəyənmirsən, sabah da qızımı...”

Sosial

27 İyul 2025 15:33 451


Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsinə görə intihar etdiyi deyilən Qiyas İsmayılzadənin qayınatası danışıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Q. İsmayılzadı bildirib ki, nişanın pozulmasına səbəb oğlan evinin cehizləri bəyənməməsi olub: pizza

“Qızım zəng edib dedi ki, “lüstür”ü bəyənmirlər, deyirlər ki, plastikdir, evimizə yaraşmır. Mən də oğlanın atasına zəng etdim, soruşdum ki, nə məsələdir? Dedi ki, həmin söhbətə görə evdə narazılıq var.

Mən əvvəldən demişdim ki, kasıbam. Dedim, cehizi qızıma almışam, sizə yox. Bu gün “lüstür”ü bəyənmirsən, sabah da qızımı bəyənməyəcəksən”.

Qız evinin iddialarına görə, cehiz məsələsinə görə, əvvəllər də Qiyasın bir neçə dəfə nişanı pozulub. Onlar bildirirlər ki, bu məsələdən bəyin intiharından sonra xəbərdar olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!