İndi onu bütün Azərbaycan tanıyır, elə ermənilər də...

saytların hazırlanması

Evə çatdırılma

İndi onu bütün Azərbaycan tanıyır, elə ermənilər də...

Sosial

13 Sentyabr 2025 12:31 25109


Məncə, insanda ən gözəl xüsusiyyətlərdən biri yanlışını anlamaq, etiraf etmək və incitdiyin adamlardan üzr istəməkdir. Bu, hər kəsə rahatlıq gətirir və səhv edən adamı da ucaldan davranışdır.

Amma bu, nadir xarakterdir. Bunu yalnız düşüncəsi təmiz, ürəyi geniş və içində xəbislik olmayanlar bacarır.

Əksi isə saysız, hesabsızdır. Adamlar yanlış etdiyini bilə-bilə öz yanlışların milyon bəhanələrlə haqq qazandırmağa çalışırlar. Özlərini hamının gözündən salır və dibə yuvarlanırlar. Endikcə, enirlər. O dibin sonu yoxdur ki... Elə bilirlər ki, bununla özlərinin haqlı olduğunu kimlərəsə sübut edirlər və rahatlıq tapırlar. Əfsanədir. Elə adamlar heç vaxt rahatlıq tapa bilmirlər. O yanlışları onu hər yerdə qarabaqara izləyir. Başda əyiklik, gözdə kölgə göz çıxarır. pizza hut

Hansı ki, bircə jest bütün bu psixoloji dramı sona çatdıra bilər.

Təəssüf ki, son günlər bir jurnalistin məcburi köçkünlərlə bağlı işlətdiyi yersiz ifadə gündəmi zəbt edib. Məqsədlidirmi, ya girişdə qeyd etdiyim kimi, sadəcə ağızdan çıxan yanlış bir ifadədirmi, bilmirəm. Amma həmin ifadəyə dəstək verənlərin aktiv fəaliyyəti, oxşar mövqeni paylaşmaq göstərir ki, bu, təsadüf deyil. Onların bu fəaliyyəti sayəsində artıq mövzu Ermənistan mediasında da işıqlandırılır. Bəlkə də, proses hansısa qüvvələr tərəfindən idarə olunur. Nə bilmək olar?! Onların bu dirənişi belə bir təəssürat yaradır.

Köçkünlərlə bağlı aşağılayıcı ifadəni işlədən jurnalist işdən azad edilib. Səmimi, əlimi vicdanımın üstünə qoyub deyirəm. O jurnalist işdən azad edilənə kimi ölkəmdə belə bir həmkarımın olmasından xəbərsiz idim. Amma indi onu bütün Azərbaycan tanıyır. Elə ermənilər də. Bu da tanınmağın bir yoludur. Allah kəssin belə tanınmağı demək istəyirəm...

Gələk qalmaqal olan ifadələrə. Guya ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəmirlər, guya onlar öz evlərinin işğal olmasına dünəndən razı imişlər... 

Heç bir canlı öz doğulduğu torpaqdan ayrılmaq istəməz. İstər ağac olsun, istər heyvan, istərsə də şüurlu insan. Müşahidə etmisinizmi, hansısa bir ağacın, bitkinin yerini dəyişdikdə o uzun müddət özünə gələ bilmir. Onun yeni “evi”ni sevməsi üçün xeyli müddət zaman olur. Hansısa bir quşu palçıqdan olan yuvasından ayırıb gözəl bir evə gətirmək də eynidir. O quş o evə öyrəşə bilmir, çırpınır, çırpınır, yuvasına qayıtmaq istəyir. İnsan bu canlılardan daha həssas bir varlıqdır. İndi görün, onu öz yuvasından, evindən ayırmaq nə qədər ağır olur. Ayırmaq deyirəm, bu ayırmaq deyildi axı?! İşğal idi, evinin darmadağın olması idi, bütün ömrü boyu qurub-yaratdıqlarının yağmalanması idi. 

Köçkünlərin özlərinə gəlməsi üçün həqiqətən də onillər lazım oldu.

İndi deyirlər ki, guya kimlərsə Qarabağa qayıtmaq istəmir. Yalandır. O torpaqda doğulan, böyüyən heç kim belə bir mövqedə deyil. Ola bilər ki, məcburi köçkün kimi doğulan, Bakıda və ya başqa bir zonada böyüyən, özünə həyat, iş, karyera quran yeni nəsildən kimlərsə qayıtmaq istəməsin. Buna anlayış göstərmək nə çətin işdir ki?

Sadə bir fakt deyim. Yenisabah.az saytında Qarabağa köçlə xəbərlərin şərh bölməsinə hər gün yüzlərlə rəy gəlir. Hər biri öz evinə qayıtmaq üçün müraciət edir, telefon nömrəsi yazır, növbəti köç zamanı onların da ailəsinin qaytarılmasını xahiş edir. İnanmayan saytı açıb baxa bilər.

Başqa bir məsələ, Qarabağdan olan və şəxsən tanıdığım neçə nəfər məndən xahiş edib ki, öz kəndinə, öz rayonuna qaytarılmasını tezləşdirmək üçün mümkün ola biləcək dəstəyi göstərim. Onların bir neçəsinin müraciətini Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyevə çatdırmışam. Adamlar sadəcə öz vətənlərinə getmək istəyirlər. Getmək istəyənlərin də, getmək istəməyənlərin də o qədər haqlı səbəbləri var ki... Onları anlamaq üçün sadəcə anlayışlı olmaq lazımdır. Qaragüruhçuluq etməyin yeri yoxdur.

Ritorikası ilə Qabil Məmmədova oxşamaq istəyən adamlara demək istəyirəm ki, TƏBRİKLƏR! Bunu bacardınız. Hətta ermənilər də sizdən danişır. Barı, indi susun...

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aysu
    Hər zaman olduqu kimi ,Səidə xanım duzu duz,əyrini əyri,sehfi həmkarı yazır Mirzə Ələkbər Sabir demişkən.Vicdani və mənliyi olan insan səhf addım ata bilməz.Seide xanıma haqq işində uğurlar arzulayıram.
    8 months ago
  • Xalid Bağırov
    30 ildən artıq başqasının evində yaşayan qaçqına indi dövlət öz rayonuna qayıtmaq təklif edir. Evin həqiqi sakini 30 il kirayədə yaşayan də nəhayət ki öz doğma evinə qayıtmaq istərkən qaçqın ondan 60 000 manat tələb edir. Belə vicdansız , alçaq qaçqına nə deyəsən ?
    8 months ago
  • Araz
    Çox düz yazmısınız. Sizə təşəkkür edirəm. Biz Ağdam rayonunun işğaldan azad olunmuş kəndlərinin sakinlərə hətta rəsmən Prezidentimizə müraciət etmişik və xahiş etmişik ki, mümkün qədər bizim kəndlərin tikintisi tezləşdirilsin, köçək gedək ata yurdumuza.
    8 months ago
  • VÜQAR
    SƏİDƏ BƏKİRQIZI NƏ DEYİBSƏ DÜZ DEYİB,HAQQI DEYİB.BƏLİ,QAÇQINLARIN ƏKSƏRİYYƏTİ AZAD OLUNMUŞ TORPAQLARA QAYITMAQ İSTƏMİRLƏR,DÖVLƏTİN ONLARA VERDİYİ EVLƏRDƏN QAZANC MƏÜSƏDİ İLƏ İSTİFADƏ EDİRLƏR.HƏTTA ELƏLƏRİDƏ VAR Kİ,ZƏBT ETDİKLƏRİ EVDƏN ÇIXMAMAQ ÜÇÜN MİN OYUNDAN ÇIXIRLAR.
    8 months ago
  • Nurlan Memmedov
    Taki hami Səidə xanim kimi sozunu deye bilə.sizde 1 defe olsa haqqla danisin qoy sizide bizler yaxsi taniyaq ən azindan
    8 months ago
  • Namiq
    Yəqin Elnur Məmmədli özüdə kiminsə evinə girib çıxmır ona görə belə məqalə yazıb.Bu xanım qaçqinları təhqir etmir.Təhqir olunası adamları sadəcə təsdiq edir
    8 months ago
  • Şaban Umudov
    Jurnalist xanım doğru deyib.
    8 months ago
  • Qazi
    Bunun evində qaçqın olsaydı və çıxmasaydı onda belə danışmazdı
    8 months ago
  • Fariz
    M. Ə. Sabir deyirdi: Pisi-pis, əyrini-əyri, düzü-həmvar yazıram. Eyibləri gizlətməklə cəmiyyət heç nə qazanmır
    8 months ago
  • Məzahir
    Səidə Bəkir qızının şəklini gördüm başlıqda. O vətənpərvər xanımdır, özü də ermənistan köçkündür. Ondan artıq hərəkət, söz gözləmirəm mən!
    8 months ago
  • Almaz
    Heqiqeti deyende,insanin ustune bu qeder de gedilmez.Jurnalustin sozlerinde heqiqet var.Ele qacqinlar var ki,yataqxanslara siginib,yasayisi yoxdu.Eleleri de var ki,sui istifade edir.Faktlarla gisterib,niye sehv deyir ki
    8 months ago
  • Kazım Məmmədov
    Can, yeni sabah, sən də giriş gör bəlkə səni də tanıdılar
    8 months ago