"Ukrayna müharibəsinə görə prezident Putin Avropanın tətbiq etdiyi sanksiyalardan yayınaraq, Azərbaycanı Rusiyadan qaz tədarükü üçün qovşaq edir".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Cənubi Konnektikut Universitetinin fəlsəfə professoru Armen Marsubyan deyib.
Onun sözlərinə görə, indi Rusiyanın Ermənistandan çox Azərbaycanla geosiyasi maraqları var. "Mən Rusiyanı etibarlı tərəfdaş hesab etmirəm", - Marsubyan bildirib. Marqarita pizza
O, Qarabağda, eləcə də Ermənistan-Azərbaycan sərhədində sülhməramlı missiyanın beynəlmiləlləşdirilməsinin tərəfdarıdır. “Birinci Qarabağ müharibəsindən atəşkəs rejiminə nəzarət etməli olan ATƏT-in Minsk Qrupu idi, o tam uğursuz oldu. Bilirəm ki, Aİ Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərib, lakin fikrimcə, missiya ya Avropa İttifaqı, ya da BMT vasitəsilə beynəlmiləlləşdirilməlidir”, - deyə ekspert vurğulayıb.
Telegram kanalımız