“İndi Rusiyaya qayıtmaq düzgün olmaz“ - Ozobiç

saytların hazırlanması

Evə çatdırılma

“İndi Rusiyaya qayıtmaq düzgün olmaz“ - Ozobiç

İdman

18 İyul 2023 20:19 1171


Rusiyada təlim-məşq toplanışında olan “Neftçi”nin futbolçusu Filip Ozobiç “Matç TV”yə danışıb.

Yenisabah.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi 2013-cü ildə Moskva "Spartak"ından ayrıldıqdan sonra Rusiyadan ona təklif gəlmədiyini bildirib:

"Neftçi" ilə yeni müqavilə bağlamışam. Ona görə də hazırda Rusiyaya qayıtmaq haqqında danışmaq düzgün olmaz. Klub rəhbərliyi mənə etimand göstərdi. Bu etimadı doğrultmaq istəyirəm.  2013-cü ildə “Spartak”dan ayrıldıqdan sonra bu ölkədən rəsmi olaraq heç kim zəng etməyib. Bəlkə kimsə maraqlanardı, amma belə məlumat mənə çatmayıb”. pizza

Ozobiç "Rusiyalı futbolçulara Azərbaycana getməyi məsləhət görərdinizmi" sualını isə belə cavablandırıb: "Azərbaycanda yaxşı çempionat keçirilir. Amma Rusiyadakı qədər güclü deyil. Azərbaycanda yaxşı futbolçular çoxdur. Amma maliyyə şərtləri çətin ki, rusiyalı oyunçulara uyğun gəlsin. Rusiya Premyer Liqasında yüksək maaş təklif edən böyük klublar var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!