Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. Bu müddət fevralın 2-də başa çatır.
Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni, güzəşt müddəti uzadılmazsa, əmanət gəlirləri vergiyə cəlb olunarsa o halda banklar depozitlər üzrə faizləri artıracaq.
Yenisabah.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, kredit faizlərinin artacağı gözlənilir. Lakin bu artım əmanət gəlirlərinə gətirilən vergi ilə əlaqəli deyil: Toyuqlu pizza
“Mən düşünmürəm ki, kredit faizlərində ciddi artım olacaq. Çünki vergi faizin cəmi 10 faizidir. 10 faizlə hesablasaq, vətəndaş həmin məbləğin cəmi 1 faizini vergi verəcək. Yəni vətəndaşın bankda 10 min manat əmanəti varsa, ildə bunun faiz gəliri 10 faizlə 1000 manat idi. İndi isə vətəndaş ildə 1000 yox, 900 manat alacaq.
Bu elə də ciddi fərq deyil. Ona görə bu sahədə ciddi hər hansı dəyişiklik gözləmirəm. Bankların kreditlər üzrə faiz dərəcəsinin artması onsuz da bu məsələ ilə bağlı deyil.
İndi Mərkəzi Bank uçot dərəcəsini daim artırır. Eyni zamanda Mərkəzi Bank digər bankların Mərkəzi Bankda saxladığı məcburi ehtiyat faizini artırıb. Bu baxımdan kredit faizləri arta bilər. Lakin bu sırf əmanət vergisinə görə deyil”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız