“Mövsümün ilk oyunu idi, yaxşı da oyun oldu. Düzdür, ilk hissədə bir-birimizi başa düşmədik, qollar buraxdıq. Sonradan toparlanıb üstün oyun oynadıq. Amma sonda məğlub olduq”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Qəbələ”nin kapitanı Anar Nəzirov mövsümün ilk oyununda “Sumqayıt”a 0:2 hesablı məğlub olduqları matçı şərh edərkən deyib. O, futbolçuların çoxunun zədəli olmasının oyuna təsir göstərdiyini bildirib:
“Biz komanda şəkilində tam olaraq, istər Avroliqadan öncə, istər sonra 2 ayda məşq edə bilməmişik. Bu oyundan öncə həddən artıq futbolçu - İstər, Volkov, istər Ülvi, istərsə də Yusif və başqaları zədəli idi. Bunlar da oyuna təsir göstərir. Nəzərə alaq ki, ilk turlar hər bir komanda üçün çətin olur. Amma bu məğlubiyyəti sonrakı oyunlarla örtü-basdır edə bilərik”. pizza mizza
Qapıçı “Qəbələ”nin heyətinin dəyişməsinə baxmayaraq, yaxşı mübarizə aparacağına inandığını bildirib:
“Biz indiyə qədər olan oyunlarda 2-3 komandanı çıxmaqla gördük ki, başa-baş mübarizə aparmaq olar. Belə də ki, “Qəbələ” keçən il iddialı idi. Bunu indidən demək olmaz ki, kim autsayder olacaq, kim ilk 3-lük üçün mübarizə aparacaq. Bu iddialardır, öncədən deyirlər. Amma futbolda hər şey olur”.
A.Nəzirov “Qəbələ”nin qarşısında bu il hansı məqsədlər qoyulub sualını isə bu cür cavablayıb:
“Qəbələ” elə komandadır ki, qarşısına hansısa məqsəd qoymaq düzgün deyil. Neçə illərdir ki, komanda böyük yerlər uğurunda mübarizə aparıb. İndi də uşaqlar onu dərk edir ki, hansı formanı geyinir, hansı klubda oynayır. Əllərindən gələnin ən yaxşısın edib, yaxşı şəkildə “Qəbələ”ni təmsil etmək istəyirlər”.
Naibə Məmmədova
Telegram kanalımız