“İndiki kişilər qadınların üstündə ağalıq etmək istəyir“ - Xalq artistindən ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“İndiki kişilər qadınların üstündə ağalıq etmək istəyir“ - Xalq artistindən ETİRAZ

Şou

24 May 2022 12:54 3029


Aparıcı Lalə Azərtaşın ötən gün “Təsir dairəsi” verilişində boşananlar barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

“Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”, - deyən aparıcı sərt tənqidlərə məruz qalıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva  bu gün boşanmaların sayının artdığını deyib: Dördpendirli pizza

“Azərtaşın bu sözü hansı mənada dediyini bilmirəm. Amma hər xırda sözə görə təbii ki, boşanmaq olmaz. Bu gün ailələr çox dağılır, hər iki tərəf çox səbrsizdir. Gənclərdə dözüm yoxdur, bir-birlərinə dözmürlər. Halbuki bizim qadınlarımız çox əziyyət çəkiblər, hər şeyə dözüblər. Bu gün nə oğlan tərəfdə, nə də qız tərəfdə məsuliyyət var, onlar ailə məsuliyyətini dərk etmirlər. Günahı birinin üstünə atmaq olmaz, hər iki tərəfin də günahı var. Kişilərdə bu gün eqo var. Onlar uşaq vaxtından atalarının analarına necə münasibət bəslədiyini görürlərsə, o cür də öyrənirlər, sabah da öz ailələrinə qarşı o cür olurlar. Əvvəlki kişilərdə ailəyə qarşı məsuliyyət vardı, indi bir çoxlarında  bu yoxdur. Yalnız qadının üstündə ağa olmaq barədə fikirləşirlər, elə bilirlər ki, nə dedilərsə, o da olmalıdır”.

Əvvəlki dövlərlə indiki mənzərəni müqayisə edən aktrisa hər dövrün mənfi və müsbət cəhətlərinin olduğunu bildirib:

“O vaxt qadınlar işləmirdilər, kişi də qadına bir tikə çörək gətirib verirdi və özünü evdə ağa hesab edirdi. Buna baxmayaraq, o vaxt kişilərin yaxşı cəhətləri də var idi. Qadınlar o vaxt hər şeyə dözürdülər - döyülməyə də, söyülməyə, təhqir olunmağa da... Sanki bu cür qəbul olunmuşdu ki, belə də olmalıdır. Təbii ki, mən qadınların müti olmasının tərəfdarı deyiləm, qadın-kişi bərabər hüquqlara malikdir. Bəzən deyirlər ki, bəs onda niyə müharibəyə kişilər gedir, qadınlar getmir? Nəzərə almaq  lazımdır ki, qadınlar da dünyaya uşaq gətirir, ən böyük əziyyəti onlar çəkir, uşağı böyüdür. Bu cəmiyyətdə hər kəsin öz işi var. Bu gün aləm bir-birinə qarışıb, özüm də baş aça bilmirəm. Hər şeyə görə ailə dağıtmaq düzgün deyil”.

Sənətçi Lalə Azərtaşın fikirlərinin başqa cür yozulduğunu güman edib:

“Fikrimcə, Lalə Azərtaş onu məsəl kimi çəkib. Əvvəldən də bu cür ifadə var idi. Bunu nənələrimiz yox, kişilər çıxarıb. İnanmıram ki, nənələrimiz bu sözü deyib. Məncə, Lalə xanım o sözü pis mənada deməyib. Biz hər şeyi ağartmağı, sözə min dənə don geyindirməyi xoşlayırıq. Bu insan məsəl çəkib, burada nə var ki?

Mən, ümumiyyətlə, sosial verilişlərdə bu cür ailədaxili münaqişələrin müzakirə olunmasının əleyhinəyəm. Hər şeyi açıb-ağartmaq düzgün deyil. Guya, orada nə həll olunur ki?”

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!